Abışovun sabiq baş məşqçisi “Trabzonspor” yolunda
14.02.2014 - 21:57
Abışovun sabiq baş məşqçisi “Trabzonspor” yolunda

Hazırda Rusiya “Rubin”ində (Kazan) çıxış edən millimizin futbolçusu Ruslan Abışovun sabiq baş məşqçisi Kurban Berdıyev karyerasını Türkiyə Superliqasında davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə Rusiya mətbuatı xəbər yayıb.

 

Belə ki, Berdıyev “Trabzonspor”u çalışdıra bilər. İddialara görə, baş məşqçisi Mustafa Akçayla yolları ayıran Qara dəniz klubu artıq 61 yaşlı mütəxəssisə təklif də göndərib.

 

Qeyd edək ki, türkmənistanlı mütəxəssis 1993-1994 mövsümündə Türkiyə təmsilçisi “Gənclərbirliyi”nin baş məşqçi postunda olub. 12 il də “Rubin”ini çalışdıran Berdıyev ötən ilin dekabrında istefaya göndərilib.