Abramoviç Lempardın məvacibini kəsir
17.05.2014 - 06:52
Abramoviç Lempardın məvacibini kəsir

 

“Çelsi”nin yarımmüdafiəçisi Frenk Lempard komandanı tərk edə bilər. Apasport.az saytının məlumatına görə, futbolçuya o qədər də sərfəli olmayan müqavilə təklif edilib.

 

26 yaşlı yarımmüdafiəçinin müqaviləsi iyun ayında başa çatır. Klub rəhbərliyi müqaviləni daha bir il müddətinə uzatmaq istəyir. Amma Lemparda məvacibini aşağı salmaq təklif olunub. Hazırda onun həftəlik maaşı 180 min funtdur. Bəzi məlumatlara görə, havbek bu şərtlərə razı olmayaraq, komandanı tərk edə bilər.