Adı “Xəzər Lənkəran”la hallanan futbolçunun yeni klubu bəlli oldu
03.02.2014 - 20:58
Adı “Xəzər Lənkəran”la hallanan futbolçunun yeni klubu bəlli oldu

Bir müddət əvvəl adı “Xəzər Lənkəran”la yanaşı hallanan Türkiyə millisinin sabiq üzvü İbrahim Toramanın yeni klubu bəlli olub. Apasport.az “Ntv Spor”a istinadən xəbər verir ki, komanda yoldaşı Sezer Öztürklə dalaşdığı üçün əsas heyətdən kənarlaşdırılan və transferə çıxarılan 32 yaşlı müdafiəçi sabiq klubu “Qaziantepspor”la anlaşıb.


Təcrübəli futbolçu bu gün klub binasına gələrək, “Beşiktaş”ın vitse-prezidenti Əhməd Nur Çələbi ilə görüşüb. Danışıqlardan sonra Toramanın mövsüm sonuna qədər Qaziantep təmsilçisinə icarəyə verilməsi qərara alınıb.

Qeyd edək ki, Toraman 2004-cü ildə “Qaziantepspor”dan “Beşiktaş”a keçmişdi.