Adı Azərbaycan klubları ilə birgə hallanan baş məşqçi Şotlandiyaya gedir
16.01.2015 - 00:02
Adı Azərbaycan klubları ilə birgə hallanan Yunanıstan OFİ-sinin sabiq baş məşqçisi Cennaro Qattuzonun işsiz günləri başa çata bilər. Apasport.az saytının məlumatına görə, 37 yaşlı mütəxəssis Şotlandiyanın “Qlzaqo Reyncers” klubunun “sükanı arxası”na keçir.
Qattuzonun yaxın günlərdə Böyük Britaniya təmsilçisinin rəhbərliyi ilə görüşəcəyi gözlənilir.
Qeyd edək ki, İtaliya millisi ilə DÇ-2006-nı qazanan Cennaro 1997/98 mövsümündə “Qlzaqo Reyncers”in formasını geyinib.
0
0