Topaz Premyer Liqasının XXXI turunda AZAL-la (1:1) oyunda aldığı zədə səbəbindən meydanı tərk edən “Xəzər Lənkəran”ın rumıniyalı yarımmüdafiəçisi Adrian Pit sağalmaq üzrədir. Bu barədə apasport.az sayına futbolçunun özü məlumat verib. O, sabahdan komanda ilə məşqlərə başlayacağını bildirib: “Hazırda Bakıdayam və özümü yaxşı hiss edirəm. Zədəmi tamamilə sağaltmışam və sabahdan komanda ilə məşqlərə başlayacağam. Ümid edirəm ki, “Qarabağ”a qarşı oyunda meydana çıxa biləcəm”.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın “Qarabağ”la oyunu çempionatın son turuna təsadüf edəcək. Bundan sonra Pitin “ağ-yaşıllar”dan kənarlaşdırılacağı gözlənilir.