[b]AFFA-dan 5 qərar[/b]
03.12.2014 - 15:43
[b]AFFA-dan 5 qərar[/b]

AFFA-nın rəsmi saytı bu gün qurumun inzibati binasında keçirilən İcraiyyə Komitəsinin növbəti iclasının yekunlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, yığıncaqda 5 müxtəlif qərar qəbul edilib.

 

1. AFFA-nın Məşqçilər Komitəsi yaradılsın,  komitənin Əsasnaməsi təsdiq olunsun. Vaqif Sadıqov Məşqçilər Komitəsinin sədri, Ağasəlim Mircavadov, Şahin Diniyev və Böyükağa Hacıyev üzvləri təyin olunsun.

2. Robert Prosineçki Azərbaycan milli komandasının  baş məşqçisi təyin olunsun. R.Prosineçki ilə 3 illik müqavilə imzalansın.

3. U-21 yığma komandasının baş məşqçisi Bernhard Lippertin istefası qəbul olunsun və o, AFFA-nın Texniki direktoru vəzifəsində fəaliyyətini davam etdirsin. U-21 yığmasının baş məşqçisi vəzifəsinə namizədlərin müəyyənləşdirilməsi AFFA-nın baş katibliyinə tapşırılsın və namizədlər barədə AFFA rəhbərliyinə məlumat verilsin.

4. AFFA-nın Klublar Komitəsi yaradılsın və komitənin Əsasnaməsi təsdiq olunsun.

5. AFFA-dan təqaüd almaq üçün müraciət etmiş adları aşağıda göstərilən futbol veteranlarına AFFA-nın Futbol Veteranları Fondunun Əsasnaməsinə uyğun olaraq təqaüd verilsin:

İbrahim Bağırov

Məmmədnağı Babayev

Mehdi Qasımov

Vaqif Hüseynov

Vladimir Foyodorov