AFFA-nın İntizam Komitəsi I divizionda çıxış edən “Bakılı” klubuna ağır cəza verib. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən iclasda paytaxt təmsilçisi 2014/15 mövsümündə ölkə çempionatının aşağı dəstəsində oynamaq hüququndan məhrum edilib.
Bunun səbəbi bakılıların mövsümdə 2-ci dəfə üzrlü əsas olmadan oyuna getməməyidir. Mövsümün sonuncu – XXX turunun “Kəpəz”lə görüşünə getməyən komanda bu dəfə də texniki məğlubiyyət alıb – 0:3.
Qeyd edək ki, “Bakılı” XXIV turun “Şahdağ”la səfər oyununa da getməmişdi.
Bununla da I divizionda turnir cədvəli də yekun şəklini alıb.
|
N |
Klublar |
O |
Q |
H |
M |
T-F |
X |
|
1 |
Araz Naxçıvan |
30 |
25 |
4 |
1 |
66-11 |
79 |
|
2 |
Neftçala |
30 |
21 |
5 |
4 |
80-22 |
68 |
|
3 |
Qaradağ Lökbatan |
30 |
18 |
9 |
3 |
52-14 |
63 |
|
4 |
Ağsu |
30 |
17 |
7 |
6 |
56-26 |
58 |
|
5 |
Şahdağ |
30 |
16 |
7 |
7 |
55-22 |
55 |
|
6 |
Şuşa |
30 |
15 |
9 |
6 |
60-26 |
54 |
|
7 |
Turan-T |
30 |
13 |
5 |
12 |
52-46 |
44 |
|
8 |
Karvan |
30 |
12 |
6 |
12 |
46-56 |
42 |
|
9 |
Mil-Muğan |
30 |
11 |
7 |
12 |
29-33 |
40 |
|
10 |
Lokomotiv |
30 |
12 |
3 |
15 |
42-58 |
39 |
|
11 |
Şəmkir |
30 |
8 |
7 |
15 |
28-42 |
31 |
|
12 |
MOİK |
30 |
7 |
8 |
15 |
37-56 |
29 |
|
13 |
Kəpəz |
30 |
7 |
4 |
19 |
29-37 |
25 |
|
14 |
Bakılı |
30 |
6 |
6 |
18 |
34-60 |
24 |
|
15 |
Göyəzən |
30 |
3 |
2 |
25 |
13-89 |
11 |
|
16 |
Energetik |
30 |
2 |
5 |
23 |
11-92 |
11 |