Azərbaycan çempionatının oyunlarını idarə etmək üçün hakim çatışmır. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqası, əvəzedicilərin çempionatı və I divizionda üst-üstə 18 oyunun eyni həftəyə təsadüf etməsi AFFA-nın Hakimlər Komitəsini çətin durumda qoyub.
Çünki bu 18 görüş üçün ən azı 72 ədalət təmsilçisi lazımdı. Əvvəllər əlavə hakim-köməkçiləri də təyin olunduğunu da nəzərə alsaq, bu rəqəm daha böyük olmalıdır. Lakin eyni vaxtda bir neçə hakimimizin də ölkə xaricində olması vəziyyəti çətinləşdirib.
Bunun nəticəsidir ki, 72 hakimin işini 70 nəfər görəcək. Belə ki, iki ədalət təmsilçisi iki təyinat alıb. Teymur Fərhadov və Vüsal H.Əliyev eyni həftədə iki dəfə meydanda olacaq. Özü də onların hər ikisi ardıcıl 2 gün ərzində oyuna çıxacaq.
Sonuncu dünənki “Qaradağ Lökbatan” – “Şuşa” qarşılaşmasında 4-cü hakim olub. Bu gün isə əvəzedicilərin çempionatında “Bakı” – “Araz Naxçıvan” oyununda eyni funksiyanı yerinə yetirəcək.
Fərhadov isə bu gün I divizionun “Energetik” – “Mil-Muğan” görüşündə baş hakim, sabah isə “Bakı” – “Araz Naxçıvan” qarşılaşmasının 4-cü referisi olacaq.