AFFA-nın vitse-prezidenti diplomla təltif olundu
06.01.2015 - 15:32
AFFA-nın vitse-prezidenti diplomla təltif olundu

AFFA-nın I vitse-prezidenti Rauf Əliyev diplomla təltif olunub. Apasport.az saytının məlumatına görə, o, Cross Cultures Project Association qurumu tərəfindən diplomla mükafatlandırılıb.

 

Buna Beynəlxalq Açıq Əyləncəli Futbol Məktəbləri layihəsinin infrastrukturunun inkişafı və reallaşdırılmasında, Azərbaycanda kütləvi futbolun təbliğində və həyata keçirilməsində əldə olunan uğurlar səbəb olub.

 

Mənbə: affa.az