AFFA-nın illik xərci: 19 milyon 811 min 919 manat
07.03.2014 - 11:46
AFFA-nın illik xərci: 19 milyon 811 min 919 manat
AFFA-nın baş katibi Elxan Məmmədov hesabat dövrü ərzində görülmüş işlərdən danışıb. Apasport.az saytının məlumatına görə, federasiya rəsmisi AFFA-nın bu gün keçirilən növbəti Hesabat Konfransı Futbol tədbirləri xronoloji ardıcıllıqla təqdim edilib.

Maliyyə və Mühasibat Departamentinin rəisi Əli Cavadov 2013-cü ilin maliyyə hesabatını təqdim edib. Məlum olub ki, AFFA-nın gəliri 29 milyon 510 min 884 manat, xərcləri isə 19 milyon 811 min 919 manat xərc təşkil edib.

2014-cü ildə 19 milyon 700 min manat xərc planlaşdırılır.

Bakı şəhər auditor təşkilatının nümayəndəsi Babək Məmmədov AFFA-nın maliyyə vəziyyətinin qaydasında olduğunu bildirib. Maliyyə hesabatı səsə qoyularaq, qəbul edilib.