AFFA “Simurq” – “Qəbələ” matçı ilə bağlı qərarını açıqladı
13.02.2015 - 12:13
AFFA “Simurq” – “Qəbələ” matçı ilə bağlı qərarını açıqladı

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXI turunun oyunlarında yaşananlar müzakirə olunub.

 

Komitə yalnız bir görüşlə bağlı qərarlar verib.

 

Belə ki, “Simurq” – “Qəbələ” görüşündə hər iki klub cəzalanıb. Meydan sahibləri 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000 manat cərimə olunub. Qəbələnin eyniadlı təmsilçisi isə oyunun 45+2-ci dəqiqəsində sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılan Dmitri Bezotosniya görə 200 manat ziyana düşüb. Ukraynalı qapıçı isə 1 oyunluq cəzaya layiq görülüb.