AFFA daha bir futbolçunu Almaniyaya göndərir
16.10.2015 - 10:38
Azərbaycan milli komandasının futbolçu Rauf Əliyev Almaniyaya gedəcək. Apasport.az saytının məlumatına görə, buna səbəb Bakının “İnter” klubunun 26 yaşlı hücumçusunun
zədələnməsidi.
Belə ki, Əliyev bu ölkəyə müalicə olunmaq üçün yollanacaq. Onun Almaniyadakı müalicəsi AFFA-nın vəsaiti hesabına gerçəkləşəcək.
Qeyd edək ki, AFFA millimizin daha bir oyunçusu – “Qarabağ”ın üzvü Namiq Ələsgərovu da müalicə üçün eyni ölkəyə göndərmişdi.
Mənbə: affa.az
0
0