AFFA daha bir hakim səhvini düzəltdi
18.02.2014 - 15:49
AFFA daha bir hakim səhvini düzəltdi

AFFA-nın İntizam Komitəsi (İK) daha bir hakim səhvini aradan qaldırıb. Apasport.az saytının məlumatına görə, komitəyə daxil olmuş məlumata əsasən, Topaz Premyer Liqasının XII turunun “Bakı” – “Simurq” matçının 57-ci dəqiqəsində qonaqların futbolçusu Patrik Osiakoya göstərilmiş sarı vərəqə matçın protokolunda qeyd edilməyib.

 

Hakiminin səhvi nəticəsində baş verən bu hadisəni araşdıran İK oyunun videoyazısını izləyib. Nəticədə məlum olub ki, həqiqətən də həmin dəqiqədə adıçəkilən futbolçunun sarı vərəqə ilə cəzalanıb.

 

Bu səbəbdən protokolda qeyd edilməyən sarı vərəqə “Simurq”un futbolçusunun hesabına əlavə edilib. Bu hadisə ilə bağlı Hakimlər Komitəsi matçın hakimləri haqqında lazımi ölçü götürüb İntizam Komitəsinə məlumat verməlidir.

 

Qeyd edək ki, “Bakı” – “Simurq” oyununun baş hakimi Ramil Diniyev olub.