AFFA Fuad Əsədovu təbrik etdi
26.12.2014 - 12:55
AFFA Fuad Əsədovu təbrik etdi

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov assosiasiyanın sabiq baş katibi Fuad Əsədovla görüşüb. Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, anadan olmasının 75 illik yubileyi ilə əlaqədar F. Əsədovu AFFA rəhbərliyi adından təbrik edən E. Məmmədov yubilyara xoş arzularını çatdırıb.

 

Üzərində "F. Əsədov – 75" yazılmış Azərbaycan milli komandasının futbolkası yubilyara hədiyyə olunub. Fuad Əsədov təbrikə və səmimi sözlərə görə AFFA-ya minnətdarlığını bildirib.

 

Qeyd edək ki, Fuad Əsədov mərhum Ramiz Mirzəyevin AFFA prezidentliyi vaxtında uzun müddət baş katib vəzifəsini daşıyıb.