AFFA iki klubu cəzalandırdı
02.12.2014 - 14:47
AFFA-nın İntizam komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, bu gün baş tutan yığıncaqda Topaz Premyer Liqasının XIV turunda baş verənlərlə bağlı qərarlar çıxarılıb.
Komitə yalnız iki klubu cəzalandırıb. “Qəbələ” ilə qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Neftçi” 1000 manat cərimə olunub.
“Simurq”u isə azarkeşləri ziyana salıb. Zaqatala təmsilçisi “Qarabağ”la matçın 60-cı dəqiqəsində azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə 2000 manat ödəməli olacaq.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
0
0