AFFA növbəti Konfransın vaxtını açıqladı
28.01.2014 - 11:23
AFFA növbəti Konfransın vaxtını açıqladı

AFFA-nın növbəti Konfransının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, martın 7-də keçiriləcək yığıncaq AFFA-nın inzibati binasında saat 11:00-da başlayacaq.

 

AFFA-nın Nizamnaməsinə uyğun olaraq, Konfransın gündəliyi müəyyənləşib.

- Prezident tərəfindən salamlama

- Yığıncağın tərkibinin yoxlanılması

- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması

- Maliyyə hesabatının təsdiq olunması

- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq

- Növbəti ilin büdcəsinin təsdiq olunması

- Hər hansı vakant vəzifəyə seçkilər

- AFFA üzvlərinin təkliflərinin qəbul olunması

 

Mənbə: affa.az