AFFA milli komandanı Madridə göndərir
11.02.2014 - 17:45
16 yaşadək futbolçulardan ibarət millimiz İspaniyaya gedəcək. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü futbolçulardan ibarət yığmamız Madriddə təlim-məşq toplanışı keçirəcək.
Toplanış fevralın 19-dan martın 3-dək baş tutacaq. Hazırlıqlara dəvət olunacaq futbolçuların siyahısı daha sonra saytımızda yerləşdiriləcək.
Qeyd edək ki, bu yaş qrupuna aid olan yığmamız 2016-cı il Bakıda təşkil olunacaq 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində mübarizə aparacaq.
0
0