AFFA milliyə Asiyadan rəqib tapdı
24.01.2014 - 14:19
Azərbaycan yığmasının martda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirəcəyi təlim-məşq toplanışı çərçivəsində yoxlama oyununda qarşılaşacağı rəqib müəyyənləşib. AFFA-dan apasport.az saytına verilən məlumata görə, komandamızın yoldaşlıq görüşündəki rəqibi Asiya təmsilçisi olacaq.
Həmin rəqib isə Filippin yığmasıdır. Hazırda baş məşqçi axtarışında olan Asiya təmsilçisi FİFA-nın reytinq siyahısında millimizdən 33 pillə geridədir. Oyunun keçiriləcəyi tarix hələlik bəlli deyil.
0
0