[b]AFFA Nuru Əliyevin komandasından şübhələnir[/b]
17.05.2014 - 11:18
[b]AFFA Nuru Əliyevin komandasından şübhələnir[/b]

Bu gün Topaz Premyer Liqasında sonuncu - XXXVI turun görüşləri keçiriləcək. Apasport.az saytının əldə etdiyi məlumata görə, AFFA turun 2 oyununu diqqətdə saxlayacaq.

 

Belə ki, assosiasiyanın xüsusi komissiyasının üzvləri sonuncu yeri kimin tutacağı baxımından önəm kəsb edən “Qəbələ” - “Sumqayıt” və “Rəvan” – “Bakı” matçlarına ezam olunacaq.

 

AFFA daha çox Bayılda baş tutacaq görüşdən narahatdır. “Rəvan” öz meydanında “Bakı”nı qəbul edəcək ki, bu komandaların sahiblərinin quda olması müəyyən şübhələr yaradır. Avrokuboklara buraxılmayan “Bakı”nın Nuru Əliyevin komandasına Premyer Liqada qalmaq üçün xal verəcəyi deyilir.