AFFA-nın İntizam Komitəsi Topaz Premyer Liqasının XVI turunun AZAL – “Rəvan” oyununda hakim səhvinin olduğunu təsdiqləyib. Apasport.az saytının məlumatına görə, komitə AZAL-ın PFL-ə müraciətinə baxaraq baş hakim Orxan Məmmədovun oyunun protokolundakı səhvini müəyyənləşdirib.
Həmin qarşılaşmanın 90+2-ci dəqiqəsində “təyyarəçilər”in futbolçusu Xuan Fransiskoya göstərilən sarı vərəqənin səhvən Oskars Klavanın adına qeyd olunmuşdu. Ötən il dekabrın 8-də baş tutan matçın videoyazısını izlədikdən sonra İntizam Komitəsi Oskars Klavaya yazılmış sarı vərəqə onun adından silinməsinə və klubun digər futbolçusu Xuan Fransiskonun adına əlavə edilməsinə qərar verib.
Bu hadisə ilə bağlı Hakimlər Komitəsi məlumatlandırılıb. Sonuncular matçın hakimləri haqqında lazımi ölçü götürməli və İntizam Komitəsinə məlumat verməlidir.