AFFA rəsmisi UEFA-nın tədbirində
25.08.2014 - 16:11
AFFA rəsmisi UEFA-nın tədbirində

UEFA-nın Marketinq-Məşvərət Komitəsinin iclası keçiriləcək. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutacaq tədbirdə AFFA da təmsil olunacaq.

 

Avqustun 26-da və 27-də keçiriləcək iclasda assosiasiyanın Marketinq və Reklamlar Departamentinin rəisi, UEFA-nın Marketinq-Məşvərət Komitəsinin üzvü Cavid Qarayev tədbirdə iştirak edəcək.

 

Mənbə: affa.az