AFFA treninq keçirib - FOTOSESSİYA
03.04.2014 - 15:56
AFFA treninq keçirib - FOTOSESSİYA

“Bakcell Arena” və Bayıl stadionunda təbii və süni örtüklü meydançalara qulluq üzrə treninq keçirilib. Apasport.az saytının məlumatına görə, AFFA-nın təşkil etdiyi tədbirdə FİFA tərəfindən ezam olunmuş mütəxəssis Allan Moore təbii örtüklü meydançalar haqqında ümumi məlumat veriblər.

Qonaq tədbir iştirakçıların meydançaların tikilməsi üçün düzgün yerin seçimi, düzgün avadanlığın seçilib alınması, örtükdə yaranan problemlərin və ot örtüyündə xəstəliklərin səbəbləri, gübrələrdən istifadə qaydalarından danışıb. Tereninqə rəhbərlik edən FİFA nümayəndəsi meydançaların oyun qabağı hazırlanması və başqa məsələlər barədə ətraflı informasiya verib.

Tədbirdə “Bakcell Arena”, "Bakı" FK-nın stadionu, Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu, Lənkəran şəhər Mərkəzi stadionu, Tofiq Bəhramov adına Respublika stadionu, Qəbələ şəhər stadionu, Dalğa Arena, Bayıl stadionu, Ağsu şəhər stadionu, Tovuz şəhər stadionu, Sərhədçi OİK, Sumqayıt stadionu, "Şəfa" stadionu, Binə stadionu, Şağan İOK, AZAL stadionu, Zaqatala Olimpiya Kompleksinin stadionunun rəhbər və əməkdaşları iştirak ediblər.

Mənbə: affa.az