Afrika Millətlər Kubokunun final mərhələsinin püşk atma mərasimi baş tutub. Apasport.az saytının məlumatına görə, yanvarın 17-dən fevralın 8-dək Ekvatorial Qvineyada keçiriləcək turnirdə 16 yığma komanda 4 qrupa bölünüb.
Bunlardan ən çətini isə C qrupudur ki, burada Qana, Seneqal, CAR və Əlcəzair milliləri yer alıb.
A qrupu: Ekvatorial Qvineyası, Konqo Respublikası, Qabon, Burkina-Faso
B qrupu: Zambiya, Konqo Demokratik Respublikası, Kabo-Verde, Tunis
C qrupu: Qana, Seneqal, CAR, Əlcəzair
D qrupu: Fil Dişi Sahili, Qvineya, Kamerun, Mali
Qeyd edək ki, son çempion Nigeriya millisi turnirə vəsiqə qazana bilmədiyi üçün Afrika Millətlər Kubokunda iştirak etmir. Ən çox çempion olan komanda isə Misir yığmasıdı. Onların aktivində 7 qızıl medal var.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı