Afrikanın 2014-cü ildə ən yaxşı futbolçusu mükafatına namizəd 3 nəfərin adı açıqlanıb. Apasport.az saytının xəbərinə görə, bunlar Qabon yığmasının hücumçu Pyerr-Emerik Aubameyanq (“Borussiya” Dortmund, Almaniya), nigeriyalı qapıçı Vinsent Enyeama (“Lill”, Fransa) və Kot d’ivuar millisinin yarımmüdafiəçi Yaya Turedi (“Mançester Siti”, İngiltərə).
Bu və başqa nominasiyalar üzrə qaliblərin adına isə yanvarın 8-də aydınlıq gələcək.
Qeyd edək ki, həmin gün Afrikanın ən yaxşı istedadlı futbolçusu da bəlli olacaq. Bu yerlərə də 3 namizəd göstərilib. Bunlar Kamerun millisindən N'Djie (“Lion”, Fransa) ilə Vensan Abubakar (“Porto”, Portuqaliya) və Əlcəzair yığmasından Yasin Braimidi (“Porto”, Portuqaliya).
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı