Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev Çempionlar Liqasının iştirakçısı olub. Apasport.az saytının məlumatına görə, həmyerlimiz II təsnifat mərhələsinin Qazaxıstanda baş tutan qarşılaşmasını idarə edib.
Yerli “Aktobe”nin Gürcüstan “Dinamo”su ilə matçında fit çalan Ağayev darmadağın qeydə alıb. Belə ki, meydan sahibləri son 16 dəqiqədəki 3 qolla qalib gəlib – 3:0. Ağayeb bu matçda 7 vərəqə göstərib. Bunlardan 5-i qonaqlara, 2-si meydan sahiblərinə xəbərdarlıq edib.
Qeyd edək ki, Ağayevə bu qarşılaşmada yan xətt hakimləri Zeynal Zeynalov, Namiq Hüseynov və dördüncü hakim Rauf Cabbarov kömək edib.