17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsində qrup oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, III turun İsveçrə - Şotlandiya qarşılaşmasını Azərbaycan təmsilçisi Əliyar Ağayev idarə edib.
FİFA referimiz şotlandiyalıların 3:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada 4 sarı vərəqə verib. O, hər komandaya 2 xəbərdarlıq edib. Hesab artıq 3:1 olanda isə Ağayev Şotlandiya millisinin qapısına penalti təyin edib. Lakin isveçrəlilər bu imkanı qaçırıb.
Qeyd edək ki, Ağayev I turun Malta – İngiltərə oyununda 4-cü, II turun Malta – Hollandiya oyununda baş hakim olmuşdu. Həmyerlimiz idarə etdiyi ilk görüşdə cəmi 1 sarı vərəqə ilə kifayətlənmişdi.