Ağayevin 3-cü təyinatı
14.05.2014 - 08:00
Ağayevin 3-cü təyinatı

17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsində növbəti hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Maltada keçirilən qitə birinciliyindəki yeganə Azərbaycan təmsilçisi olan FİFA referisi Əliya ağayev növbəti təyinatını alıb.

 

Həmyerlimiz 3-cü turun İsveçrə - Şotlandiya qarşılaşmasını idarə edəcək. Bu matç mayın 15-də keçiriləcək. Qarşılaşma turun ən vacib oyunudur. Belə ki, A qrupunda İngiltərə və Hollandiya A. Portuqaliya B qrupunda yarımfinala vəsiqəni təmin etdiyindən son xoşbəxt İsveçrə - Şotlandiya qarşılaşmasında bəlli olacaq. Hesabında 3 xal olan britaniyalılar hərəyə 1 xalı olan İsveçrə və Almaniyanı üstələmək üçün uduzmamalıdır.

 

Bakı vaxtı ilə saat 21:00-da başlayacaq qarşılaşmada Ağayevə yan xətt hakimləri Audruyus Yaqintaviçyus (Litva), Daq-Rocer Nebben (Norveç), 4-cü hakim Kleyton Pisani (Malta) kömək edəcəklər. Matçın hakim-inspektoru isə yunanıstanlı Kiros Vassaras olacaq.

 

Qeyd edək ki, Ağayev 1-ci turun Malta – İngiltərə (0:3) oyununda 4-cü, 2-ci turun Malta – Hollandiya (2:5) qarşılaşmasında baş hakim olmuşdu.