Məşhur futbolçu yığmamızın hücumçusuna komanda yoldaşı olur
07.01.2015 - 18:25
Məşhur futbolçu yığmamızın hücumçusuna komanda yoldaşı olur

Milli komandamızın hücumçusu Vaqif Cavadovun formasını geyindiyi “Qaziantep BB” sürpriz transfer həyata keçirməyə hazırlaşır. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə I liqa təmsilçisi “Trabzonspor”dakı çıxışı ilə məşhurlaşan Alanzinyo ilə anlaşmaq üzrədi.

 

Son klubu Superliqa komandası “Balıkesirspor” olan braziliyalı yarımmüdafiəçinin Qaziantep klubu ilə danışıqları artıq yekunlaşır. Baş məşqçi Hakan Kutlunun israrla transfer edilməsini istədiyi “sambaçı” “Qaziantep BB”də çıxış etməyə razılıq verib.

 

Qeyd edək ki, Alanzinyo 2009-2014-cü illərdə “Trabzonspor”da çıxış edib.