Qış transfer pəncərəsində “Qalatasaray”la müqaviləsini qarşılıqlı olaraq ləğv edən Albert Riera karyerasını Ukrayna çempionatında davam etdirəcək. Apasport.az-ın məlumatına görə, bu barədə Fransanın “L'equipe” saytı xəbər yayıb.
Belə ki, 31 yaşlı yarımmüdafiəçi “Metalist”lə müqavilə bağlayıb. Xəbərdə qeyd olunur ki, təlim-məşq toplanışı üçün İspaniyada olan ukraynalılar təcrübəli futbolçu ilə bütün məsələlərdə razılığa gəlib. Sözləşmənin detalları ilə bağlı yaxın günlərdə rəsmi açıqlama veriləcəyi deyilir.
Qeyd edək ki, “Mançester Siti” (2006), “Liverpul” (2008-2010) kimi klublarda çıxış etmiş İspaniya millisinin sabiq üzvü 2011-ci ildə Yunanıstan “Olimpiakos”undan “Qalatasaray”a keçmişdi.