“Fənərbaxça”nın keçmiş futbolçusu Aleks de Souza futbola vidalaşmaq qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçu hazırkı komandası “Koritiba”nın bazasında keçirdiyi mətbuat konfransında mövsümün sonunda yaşıl sahə ilə vidalaşacağını bildirib.
“Fənərbaxça”nın keçmiş ulduzu mətbuat konfransı zaman onun barəsində futboldan kənar çox şeylərin danışılmağa başlandığını vurğulayıb: “Qərar verdim. Futbolla vidalaşıram. Artıq sevdiyim insanlarla vaxt keçirmək zamanı gəlib”.
Futbolçunun mətbuat katibi rolunu oynayan Acaz Felegger “Twitter”dəki rəsmi səhifəsində Aleksin 2014-cü il dekabrın 8-də sonuncu dəfə futbolçu kimi meydana çıxacağını yazıb.