Aleksandr İaşvili: Karyeramı bitirsəm...
15.05.2014 - 18:00
Aleksandr İaşvili: Karyeramı bitirsəm...

“İndidən klubla yeni müqavilə bağlayacağımı bilmərəm”. Bunu apasport.az saytına açıqlamasında “İnter”in gürcüstanlı futbolçusu Aleksandr İaşvili deyib.

 

36 yaşlı yarımmüdafiəçi karyerasını bitirəcəyini istisna etməyib: “Amma hələlik qərar verməmişəm. Baş məşqçi Kaxaber Sxadadze ilə də məsləhətləşəcəyəm. Mövsümün son oyunundan sonra yəqin ki, bu barədə söhbətimiz olacaq”.

 

İaşvili Gürcüstan Futbol Federasiyasında seçkilərə qatılacağı haqqında deyilənlərə də aydınlıq gətirib: “Hələlik futbolçuyam. Karyeramı bitirsəm, o zaman bu barədə dəqiq nəsə deyə bilərəm. Hələlik seçki haqqında düşünmürəm”.