Aleksandr Qleb Azərbaycan yığmasının qrupunu dəyərləndirdi
07.03.2014 - 13:49
Aleksandr Qleb Azərbaycan yığmasının qrupunu dəyərləndirdi

Belarus milli komandasının futbolçusu Aleksandr Qleb AVRO-2016-nın seçmə mərhələsinin H qrupunU dəyərləndirib. Apasport.az saytının məlumatına görə, Türkiyənin “Konyaspor” klubunda çıxış edən 33 yaşlı yarımmüdafiəçi Azərbaycan. İtaliya. Norveç, Xorvatiya. Bolqarıstan və Maltanın yer aldığı qrupun favoritlərini açıqlayıb.

Vaxtilə “Barselona”, “Arsenal”, “Ştutqart” kimi tanınmış klublarda oynamış məşhur belaruslu yığmasının Bolqarıstanla yoxlama oyunundan sonra müsahibə verib. Qleb bolqar jurnalistlərin seçmə mərhələdəki qrupla bağlı sualını da cavablandırıb: “Çox çətin qrupdur. Mən elə düşünürəm ki, İtaliya ilə Xorvatiya güclüdür. Bolqarıstanın bəxti gətirsə, ilk iki yerdən birini də tuta bilər. Ən pis halda isə 3-cü olacaq”.

Qeyd edək ki, Bolqarıstan Belarus yığması ilə qarşılaşmada 2:1 hesabı ilə qalib gəlib.