Aleksandr Səmədov: Azərbaycan yığmasına şans vermədik
04.09.2014 - 08:15
Aleksandr Səmədov: Azərbaycan yığmasına şans vermədik

“Dünya çempionatından sonrakı mərhələyə qələbə ilə başlamağımız əla oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya millisinin futbolçusu Aleksandr Səmədov deyib.

 

O, Azərbaycan yığması ilə Moskvada keçirilən yoldaşlıq oyunu haqda fikirlərini açıqlayıb: “Azərbaycanla oyunda iki erkən qol vurub, rəqibə heç bir şans vermədik. Adaşım Aleksandr Kerjakovu rekordu münasibətilə təbrik edirəm. Onun əhval-ruhiyyəsi əladır”.

 

Qeyd edək ki, Rusiya millisi yığmamızı 4:0 hesabı ilə məğlub edib.