Aleksis Sançes rəsmən “Arsenal”da
11.07.2014 - 01:47
“Arsenal” klubu Çili yığmasının və “Barselona”nın futbolçusu Aleksis Sançesin alındığını elan edib. Apasport.az saytının məlumatına görə, hücumçu London klubu ilə uzun müddətli müqavilə bağlayıb.
Hələlik transferin məbləği açıqlanmır. Mətbuat transfeirin 40-50 milyon avro arasında olduğunu bildirir. Sançesin ildə 4,5 milyon avro qazanacağı iddia olunur. Sançes tibbi müayinədən keçəndən sonra “Arsenal”la 4+1 sxemli müqavilə imzalayıb.
Çilili hücumçu 3 il ərzində “Barselona”nın heyətində 141 oyunda 47 qol vurub.
0
0