“Xəzər Lənkəran”da xoşuma gələn odu ki, komanda və məşqçilər heyəti tamamilə mənim arxamda durub”. Apasport.az saytının məlumatına görə, bunu “Xəzər Lənkəran”ın yeni transferi Alfred Sanko deyib.
Syerra-Leone yığmasının yarımmüdafiəçisi olan Alfred Sanko dünən “Xəzər Lənkəran”la 2 illik müqavilə bağlayıb.
Müqavilə bağladıqdan sonra sierraleonefootball.com saytına ilk təəssüratlarını bölüşən “Zaqalo” ləqəbli futbolçunun sözlərinə görə, komandaya yeni gəlməsinə baxmayaraq, komandanın dəstəyini hiss edir: “Onlar mənə bütün dəstəklərini verir. Buna görə də özümü çox yaxşı hiss edirəm. “Xəzər Lənkəran” böyük klubdu və özümə şərt qoymuşam ki, klubu başqa səviyyəyə daşıyım”.
Qeyd edək ki, Alfred Sankoya görə “Xəzər Lənkəran” Türkiyənin “Şanlıurfaspor” klubuna pul ödəyib. 25 yaşlı futbolçunu cənublulardan başqa, “Karşıyaka” və “Bucaspor” da heyətinə qatmaq istəyirdi.