Dünyanın ən güclü qadın klublarının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) müxtəlif ölkələrdəki nümayəndələri arasında keçirdiyi səsvermənin nəticələrinə əsasən ən yaxşıları müəyyənləşdirib.
Sorğuda 189 xal toplayan Almaniyanın “Volfsburq” klubu sorğunun qalibi olub. Planetin ən güclüsü olan almanlar Fransa “Lion”unu böyük fərqlə arxada qoyub. Sonuncular 73 xal əldə edib. ABŞ-ın “Kanzas Siti” komandası isə 48 xalla 3-cü olub.
Ümumilikdə isə siyahıda 10 klub yer alıb. Onlardan 7-si Avropa, 2-si Şimali İrlandiya, biri Asiyanı təmsil edir.
Qeyd edək ki, sorğuda Azərbaycanı təmsil edən apasport.az saytının əməkdaşı, İFFHS-in üzvü olan Vüqar Xeyrullayev də iştirak edib. O, ilk pilləni “Volfsburq”a verməklə yanaşı, “Lion”u da 2-ci sıraya layiq bilib.