Alman klubu kapitanı ilə müqaviləni yenilədi
18.02.2014 - 23:58
Alman klubu kapitanı ilə müqaviləni yenilədi

“Frayburq” yarımmüdafiəçisi Yulian Şusterlə müqaviləni yeniləyib. Apasport.az-ın xəbərinə görə, bu barədə klub saytı məlumat yayıb.

 

Belə ki, Almaniya Bundesliqa təmsilçisi 28 yaşlı futbolçusu ilə 2014-cü ildə başa çatacaq sözləşməni daha 2 il uzadıb. Bununla da, təcrübəli kapitan 2016-cı ilə qədər komandasına xidmət edəcək.

 

Qeyd edək ki, alman futbolçu 2008-ci ildə digər Bundesliqa təmsilçisi “Ştutqart”dan “Frayburq”a keçib.