Alman klubu yeni baş məşqçisi ilə müqavilə bağladı
17.02.2014 - 20:24
"Hamburq" yeni baş məşqçisinin adını açıqlayıb. Apasport.az klub saytına istinadən xəbər verir ki, uğursuz çıxışlardan sonra Bert Marveyklə yolları ayıran Almaniya təmsilçisi Mirko Slomka ilə anlaşıb.
Rəhbərlik yerli mütəxəssislə 2.5 illik müqavilə bağlayıb.
Qeyd edək ki, 46 yaşlı məşqçi son olaraq (2010-2013) digər Bundesliqa təmsilçisi “Hannover”i çalışdırıb.
0
0