Almaniya AVRO-2016-da ciddi itki ilə üzləşə bilər
02.04.2016 - 02:11
Almaniya AVRO-2016-da ciddi itki ilə üzləşə bilər

"Mançester Yunayted"in almaniyalı yarımmüdafiəçisi Bastian Şvaynştaygerin zədəsi düşünüldüyündən də ciddidi. Apasport.az saytının məlumatına görə, Britaniya mətbuatında yer alan xəbərlərdə futbolçunun hətta AÇ-2016-dan kənarda qala biləcəyi vurğulanır.

 

“Mankunianlar”ın baş məşqçisi Lui Van Qal da yetirməsinin vəziyyətiylə bağlı danışıb. Holland mütəxəssis BBC-yə açıqlamasında qitə birinciliyindən kənarda qalmağın, Şvaynştayger üçün faciə olacağını deyib:

 

"Bu, Şvaynştayger üçün faciə olacaq. O, AVRO-2016-ya qatılmağı çox istəyir. Ümid edirəm ki, o, vaxtında sağala biləcək, ancaq bu çox çətindi. Bastianın artıq bu mövsüm oynaya bilməyəcəyini deyə bilmərəm. O, reabilitasiya keçir. Odur ki, hələ gözləmək lazımdı".

0