Almaniya Futbol İttifaqının beynəlxalq münasibətlər departamentinin rəhbəri Bakıya gəlib
09.07.2014 - 14:32
AFFA-nın baş katibi Elxan Məmmədov Almaniya Futbol İttifaqının beynəlxalq münasibətlər departamentinin rəhbəri Markus Vaydnerlə görüşüb. Apasport.az saytının məlumatına görə, görüş zamanı iki qurum arasında əməkdaşlıq çərçivəsində görülən işlər müzakirə edilib. Məmmədov və Vaydner gələcək layihələrlə bağlı fikir mübadiləsi də aparıblar.
Qeyd edək ki, iki futbol qurumu arasında əməkdaşlığın təməli 2008-ci ildə qoyulub və bu müddət ərzində xeyli layihə həyata keçirilib.
Mənbə: affa.az
0
0