Almaniyanın Essen şəhərini təmsil edən “Rot-Vays” klubu Azərbaycan çempionu “Qarabağ”la qarşılaşmaq arzusundadı. Apasport.az saytının məlumatına görə, bunu Almaniya mətbuatı iddia edir.
Klubdan həmkarlarımıza verilən informasiyaya əsasən, “Qarabağ”la “Rot-Vays” yanvarın 16-da qarşılaşacaq. Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan klubların görüşməsi isə əslində mümkün görünür.
Çünki Ağdam təmsilçisi həmin gün İranın “Traktorsazi” klubu ilə qarşılaşmaq niyyətində olsa da, bu variant gerçəkləşməyib. Almanların həmin günkü oyunla bağlı iddiası bu üzdən əsassız görünmür. Bu da böyük ehtimalla onunla bağlıdı ki, Regionalliqa klubu iddialı rəqiblə üz-üzə gəlmək arzusundadı. Bu isə rəqibsiz qalan təmsilçimizin də planlarına uyğundu.
Qeyd edək ki, Regionalliqanın Qərb zonasında çıxış edən Essen klubu ötən mövsümü 5-ci pillədə başa vurub.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi