Azərbaycan millisinin futbolçusu Tuğrul Eratın zədəli olması Almaniyanın “Fortuna” klubunun U-23 komandasına ciddi təsir etməyəcək. Apasport.az saytının məlumatına görə, bunu Düsseldorf təmsilçisinin baş məşqçisi Taşkın Aksoy bildirib.
O bildirib ki, yığmanın düşərgəsində zədələnən futbolçumuzu əvəzləyəcək oyunçular var. Aksoy “Şalke”nin U-23 komandası ilə görüşdə Eratın yoxluğunun hiss olunmayacağını düşünür: “Tuğrul Erat zədələnməsəydi, daha yaxşı olardı. Onun komandamızla birlikdə olmasını istəyərdik. Lakin xoşbəxtlikdən onu əvəzləyə biləcək oyunçularımız var. İndi əksər mövqelərdə belə alternativ variantların olması müsbət haldı”.