Almaniya mündialların ən çox qol vuran komandasıdır
09.07.2014 - 06:51
Almaniya mündialların ən çox qol vuran komandasıdır

Almaniya millisi dünya çempionatlarının final mərhələsində daha bir rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, bundestim mundiallarda vurulan qolların sayına görə birinci yerə çıxıb.

 

Braziliya üzərində 7:1 hesablı qələbədən sonra Almaniya millisinin vurduğu qolların sayı 223-ə çatıb. Onlar bu göstəriciyə görə aktivində 221 qol olan Braziliya yığmasını keçiblər. Üçüncü yerdə 131 qolla Argentina gəlir.