Dortmund “Borussiya”sı “Qalataasaray”da forma geyinən yarımmüdafiəçini komandaya cəlb etməyi düşünür. Apasport. az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, növbəti mövsümdən almanların baş məşqçisi postunda yer alacaq Tomas Tuçel məhz Yasin Öztekini öz komandasında görməkdə maraqlıdı.
Yayda Marko Roys və İlkay Gündoğan kimi ulduzlarla yolları ayrılmalı olan klubda alternativ orta xətt oyunçuları axtarılır. Yasin isə hələ mövsümün əvvəllində “sarı-qırmızılılar”a “Kayseri Ərciyəsspor”dan transfer olunub. Onunla 2,5 milyon avro dəyərində 4 illik müqavilə bağlanıb.
Türk futbolçu “Borussiya” məktəbinin yetirməsidi, belə ki, o, Almaniya nəhənginin futbol akademiyasında yetişib.