Almaniya yığmasında ciddi itki
07.10.2014 - 23:02
Almaniya yığmasında ciddi itki

Almaniya yığmasın yarımmüdafiəçisi Yulian Draksler AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Polşa millisi ilə keçiriləcək oyunu buraxacaq. Apasport.az saytının məlumatına görə, bu haqda ölkə futbol ittifaqının rəsmi saytı bildirib.

 

Buna səbəb futbolçunun qrip virusuna yoluxmasıdır. Bundan başqa, Drakslerin qarşıda baş tutacaq İrlandiya ilə matçda da forma geyinmək şansı risk altındadır.

 

Qeyd edək ki, Almaniya ilə Polşanın qarşılaşması oktyabrın 11-də, İralandiya ilə isə 3 gün sonra reallaşacaq.

0