Futbol üzrə Almaniya yığmasının baş məşqçisi Yoahim Löv 6 ay müddətinə sürücülük vəsiqəsindən məhrum edilib. Apasport.az saytının məlumatına görə, baş məşqçi bir neçə dəfə yol hərəkəti qaydalarını pozub, sürət həddini keçib və sükan arxasında telefonla danışıb.
Löv qaydaları pozduğunu etiraf edib: “Bəli, mən bəzən həddən avtomobili həddən artıq sürətlə idarə etdiyimi etiraf edirəm. Bilirəm ki, özümə nəzarət etməliyəm. Mən bu dərsi unutmayacağam və öz davranışımı dəyişməyə çalışacağam. Buna görə cavab verilməlidir və mən nəticələri qəbul edirəm. Bundan sonra daha tez-tez qatarda gedəcəyəm”.