Almaniyadan Lənkərana
05.02.2014 - 17:32
Almaniyadan Lənkərana

Azərbaycanın millisinin baş məşqçisi Berti Foqts və köməkçisi Volfqanq Rolffun Topaz Premyer Liqasının XX turu çərçivəsində izləyəcəyi oyunlar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ölkəsindən qayıdan almaniyalı mütəxəssislər həftəsonu baş tutacaq matçlardan ikisini izləyəcəklər.

 

Foqtsla Rolff turun mərkəzi qarşılaşmalarına stadiondan canlı baxacaq. Belə ki, onlar fevralın 8-də keçiriləcək "Qəbələ" – "Qarabağ" və ertəsi baş tutacaq "Xəzər Lənkəran" – "Neftçi" oyunlarını seyr etmək üçün əyalətə yollanacaq.

 

Mənbə: affa.az