Almaniyalı futbolçu “sambaçı”nı qabaqladı
13.01.2015 - 00:15
Almaniyalı futbolçu “sambaçı”nı qabaqladı

FİFA 2014-cü ilin ən yaxşı qadın futbolçusunun adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, bu, Almaniya milli komandasının yarımmüdafiəçisi Nadin Kesslerdi.

 

O, respondentlərin 17,52 %-i səsini qazanaraq, braziliya yığmasının hücumçusu Martanı (14,16 %) birinci olaraq qabaqlayıb. ABŞ millisinin forvardı Emmi Vambax isə 13,33 % səs toplayaraq, üçüncü yeri tutub.

 

İlin ən yaxşı qadın futbolunun baş məşqçisi adına “Volfsburq”un çalışdırıcısı Ralf Kellerman sahib olub. Təcrübəli mütəxəssis ötən mövsüm Almaniya klubu ilə Çempionlar Liqasını qazanmağı bacarıb.