Almaniyalı yarımmüdafiəçi dünyanın ən yaxşısı seçildi
21.01.2014 - 11:29
Dünyanın ən yaxşı qadın pleymeykeri müəyyənləşib Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünya ölkələrindəki nümayəndələri arasında keçirdiyi səsvermənin nəticələrini açıqlayıb.
İlk dəfə səsverməsi keçirilən bu nominasiyanın qalibi Almaniya yığmasının üzvü Lena Qosslinq olub. “Volfsburq”un oyun qurucusu 94 səs toplayıb. Fransa millisi və “Lion”un yarımmüdafiəçisi Kamil Abili 70 xala qazanıb.
Millidə Qosslinqin komanda yoldaşı olan “Frankfurt”un üzvü Ceniger Marozan 48 xalla 3-cü yerdə qərarlaşıb.
0
0