Alvaro Silva ilə Daniel Subotiç Küveyt klubunda - FOTO
20.07.2014 - 19:45
Alvaro Silva ilə Daniel Subotiç Küveyt klubunda - FOTO

"Xəzər Lənkəran"ın sabiq futbolçusu Alvaro Silva ilə "Qəbələ"dən ayrılan Daniel Subotiç eyni komandada çıxış edəcəklər. Apasport.az saytının məlumatına görə, hər iki oyunçu Küveytin "Qadsia" klubu ilə müqavilə bağlayıb. 


Onların keçidinə tanınmış rumıniyalı menecer Anamaria Prodan yardımçı olub. 

Qeyd edək ki, Alvaro Silva 2013-cü ilin yanvarından bu ilin iyununadək "Xəzər Lənkəran"da çıxış edib. Daniel Subotiç isə son bir ildə "Qəbələ"nin şərəfini qoruyub.